Azərbaycanda ildə 5 milyon ədəd tumlu və çəyirdəkli meyvə tinginə ehtiyac var ki, bunun da böyük hissəsi xaricdən gətirilir.

İqtisadiyyat.az Kənd Təsərrrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bunu qurumun Qubada yerləşən Meyvəçilik və Çayçılıq Elmi Fins.az Tədqiqat İnstitutunun direktoru İlham Qaraqurbanlı bildirib.

Onun sözlərinə görə, institutda yaradılan biotexnologiya laboratoriyasının qarşısında duran əsas məqsəd illik ting istehsalını 2 milyon ədədə çatdırmaqdır. Bu da ting idxalını əhəmiyyətli dərəcədə azaldacaq.