Türkiyənin Antalya şəhərində gənclər (U-20) arasında "Çempionlar" turniri davam edir.

İqtisadiyyat.az xəbər verir ki, ənənəvi yarışın 2-ci günündə güləşçilərimiz 4 medal qazanıb. 

Qadın güləşində Gültəkin Şirinova (53 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Onunla eyni çəkidə yer alan Əsmər Cankurtaran isə bürünc medal əldə edib.

Sərbəst güləşdə Ceyhun Allahverdiyev (61 kq) çempion olub. Təbriz Bayramov (86 kq) isə üçüncü  yeri tutub.

Qeyd edək ki, turnirə mayın 2-də yekun vurulacaq.