Aerobika gimnastikası üzrə Azərbaycan yığması Türkiyədə keçiriləcək 13-cü Avropa çempionatında mübarizə aparacaq.

İqtisadiyyat.az xəbər verir ki, milli üzvləri artıq turnir üçün Antalyaya yollanıblar.

Noyabrın 17-19-da təşkil olunacaq qitə birinciliyində Vladimir Dolmatov, Mədinə Mustafayeva, Xədicə Quliyeva, Leyla Bejanova, Arzu Ağayeva, Sara Əlixanlı, Sənəm Kazımova və Dilarə Qurbanova qüvvələrini sınayacaqlar.