Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində 31 oktyabr – 3 noyabr tarixlərində keçirilən usta cüdoçular arasında dünya çempionatı başa çatıb.

İqtisadiyyat.az xəbər verir ki, turnirdə iştirak edən Azərbaycan cüdoçuları 5 qızıl, 1 gümüş və 5 bürünc medal əldə edib.

Ümumilikdə 11 medal qazanan Azərbaycan təmsilçiləri komanda hesabında 5-ci olub