Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda kənd təsərrüfatı sahəsində 1 885,4 min ton buğda istehsal olunub.

Bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 1% artıb.

Hesabat dövründə ölkədə 572,3 min hektar sahədə buğda əkilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 2,7% azdır.

Bununla yanaşı, cari ilin 10 ayında buğda yığımında məhsuldarlıq 32,9 sentner təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 1,2 sentner və ya 3,8% çoxdur.