Bu ilin yanvar-aprel aylarında Azərbaycan 74 milyon dollar dəyərində bitki və heyvan mənşəli yağlar idxal edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni ayları ilə müqayisədə dəyər ifadəsində 14,8 milyon dollar çoxdur.

Hesabat dövründə bitki və heyvan mənşəli yağların idxalı Azərbaycanın ümumi idxalının 1,36 %-ni təşkil edib.

 

Gözəl Həşimova