Həmin müəssisənin Azər Türk Bank-a heç bir aidiyyəti yoxdur.

Bunu Azər Türk Bank-ın mətbuat katibi Rauf Ağayev Fins.az-ın “CPM-İnvest İnvestisiya Şirkəti” QSC-nin bankın törəmə şirkəti olaraq təsis edilməsi ilə bağlı sorğusuna cavab olaraq deyib. 

O bununla yanaşı Azər Türk Bank tərəfindən gələcəkdə investisiya şirkətinin yaradılmasının planlaşdırılması ilə bağlı da açıqlama verərək " bank hər hansı bir törəmə təşkilat təsis etməyi planlaşdırmır."-deyə qeyd edib. 

Qeyd edəki, bu günlərdə Mərkəzi Bank tərəfindən lisenziya verilən "CPM-İnvest İnvestisiya Şirkəti” QSC-nin Azər Türk Bank-ın törəmə şirkəti olaraq təsis olunduğu ilə bağlı fikirlər yaranmışdı.Belə ki, "CPM-İnvest İnvestisiya Şirkəti” QSC-nin rəhbəri Nəriman Hadıyev daha əvvəl "Azər Türk Bank"- da işləyib.