Noyabrın 18-də avtomobilin vurduğu velosipedçi ötən gün xəstəxanada ölüb.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, qəza hadisəsi noyabrın 18-də Ağdaş rayonunda qeydə alınıb.

Belə ki, Abdullayev Nicat Davud oğlu idarə etdiyi "VAZ- 21065" minik markalı avtomobili ilə velosipedçi 1977-ci il təvəllüdlü Süleymanov Zaur Bahəddin oğlunu vurub.

Yaralı Ağdaş RMX-na yerləşdirilsə də, ötən gün ölüb.

Fakta bağlı cinayət işi baslanılıb.