Avropada təbii qazın qiyməti 1000 kubmetr üçün 1200 ABŞ dollarını ötüb.

Bu barədə İqtisadiyyat.az Londonun “ICE Futures” birjasına istinadən xəbər verir.

Avropanın ən likvid habı olan TTF-də (Niderland) təbii qazın dekabr fyuçersləri ticarətə 1000 kubmetr üçün 1178 ABŞ dolları səviyyəsində başlayıb. Daha sonra təbii qazın qiyməti 2,1 % artaraq 1262,6 ABŞ dolları təşkil edib.