Avropada təbii qazın qiyməti 16% artaraq, min kubmetr üçün 1 300 ABŞ dollarını ötdükdən sonra tədricən düşməyə başlayıb.

Bu, Bolqarıstana və Polşaya Rusiya qazının ixracının dayandırılmasından qaynaqlanır.

Belə ki, TTF indeksi üzrə “təbii yanacağın” may fyuçerslərinin qiyməti 1 374 ABŞ dollarına çatıb, daha sonra isə 1 250 ABŞ dollarından aşağı düşüb.