Slovakiyanın keçmiş baş naziri və "Səs - Sosial Demokratiya" partiyasının lideri Peter Pelleqrini Avropada silah anbarlarının boşaldığını bildirib.

İqtisadiyyat.az xarici KİV-ə istinadən xəbər verir ki, Peter Pelleqrinin sözlərinə görə, arsenalları doldurmaq üçün 5-10 il lazım ola bilər.
"Bütün ordular silah sistemlərini və anbarlarını yenidən təchiz edəcək" - deyə o bildirib. Eyni zamanda, keçmiş nazir vurğulayıb ki, Ukrayna münaqişəsi Slovakiyada müdafiə sənayesi üçün yeni perspektivlərin yaranmasına səbəb olub.


Xatırladaq ki, bundan əvvəl də NATO-nun baş katibi Yens Stoltenberq  Ukraynada münaqişə dayansa belə müdafiə sahəsinə sərmayə yatırmağa çağırmışdı.