Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 170 ABŞ dollarına yaxın səviyyədə qərarlaşıb

İqtisadiyyat.az xəbər verir ki, 18 noyabr tarixində dekabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 1 166,2 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (1 204,6 dollar) ilə müqayisədə 3,2% azdır.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.