Qərbi Azərbaycan İcması Avropa Parlamentinin deputatlarının son günlər verdikləri qərəzli açıqlamalarla bağlı bildirir ki, Avropa Parlamenti artıq çoxdandır ki, Azərbaycana qarşı səlib yürüşünə çıxıb.

İqtisadiyyat.az-ın xəbərinə görə, bu, İcmanın yaydığı açıqlamada bildirilib.

Qeyd olunub ki, Natali Luazo, Fransua Bellami, Marina Kalyurand, Andrey Kovaçev, Lukas Furlas və bu qəbildən olan deputatların düşdüyü durum acınacaqlıdır:

"Müharibələrə, işğallara, insan iztirablarına, ölkələrin ərazi bütövlüyü və suverenliyinə etnik və dini simpatiya əsasında yanaşan irqçi, islamofob, Azərbaycanofob Avropa Parlamenti Avropanın utanc mənbəyidir".