Avropa Mərkəzi Bankı (AMB) iyun iclasında gözlənildiyi kimi faiz dərəcələrində dəyişiklik etməyib.

Bank bu il və gələn il üçün inflyasiya proqnozlarını artırıb.
Məlumata görə, gözlənildiyi kimi, AMB əsas yenidən maliyyələşdirmə dərəcəsini 0 faiz, marjinal maliyyələşdirmə imkanını 0,25 faiz və depozit dərəcəsini mənfi 0,50 faiz səviyyəsində saxlayıb.

Bank bu il və gələn il üçün inflyasiya proqnozlarını artırıb. Müvafiq olaraq, 2022-ci il üçün inflyasiya proqnozu 5,1 faizdən 6,8 faizə, 2023-cü il üçün proqnoz 2,1 faizdən 3,5 faizə, 2024-cü il üçün proqnoz isə 1,9 faizdən 2,1 faizə yüksəldilib.

AMB prezidenti  Kristin Laqard tərəfindən bu gün keçiriləcək mətbuat konfransında ilk faiz artımının vaxtı ilə bağlı siqnallar axtarılacaq. Qlobal miqyasda bir çox Mərkəzi Banklar, xüsusilə FED və İngiltərə Bankı faiz dərəcələrini artırmağa başladığından, ABM-nin sərtləşdirmə dövriyyəsinin nə vaxt başlayacağı maraq doğurur.