Bu gün "Qarabağ" UEFA Avrupa Liqasının qrup mərhələsi çərçivəsində növbəti oyununu keçirib

İqtisadiyyat.az xəbər verir ki, Azərbaycan təmsilçisi Almaniyanın "Bayer Leverkuzen" klubunu qonaq edib. Matç "Bayer Leverkuzen"in 0-1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Almaniyada baş tutan qarşılaşmada "Bayer" 5-1 hesabı ilə qalib gəlmişdi.

Qrupun digər matçında "Hakken" (İsveç) doğma arenasında "Molde"nin (Norveç) müqavimətini qırmağa çalışacaq.

Avropa Liqası

Qrup mərhələsi, IV tur

9 noyabr

21:45 Qarabağ - Bayer (Almaniya) 0-1

Baş hakim: Kreyq Pouson (İngiltərə)

Tofiq Bəhramov adına Respublika stadionu