Avropa Liqasında yarımfinal mərhələsinin oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.

İqtisadiyyat.az xəbər verir ki, bu ada "Sevilya"dan İvan Rakitiç, "Yuventus"dan Federiko Qatti, "Roma"dan Nemanya Matiç və "Bayer"dən Edmond Tapsoba namizəd olub.

Qalib UEFA-nın saytında azarkeşlər arasında keçirilən sorğu nəticəsində müəyyənləşəcək.