Avropa İttifaqı (Aİ) Belarusa qarşı sanksiyaları genişləndirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) saytında məlumat yayılıb.

Məlumata görə, Aİ ölkənin hərbi cəhətdən təkmilləşməsinə töhfə verən mal və texnologiyaların – silah, sursat, aviasiya və kosmosda istifadə olunan malların tədarükünə qadağa qoyub.

Buna səbəb isə Rusiyanın Belarusun köməyi ilə sanksiyalardan az zərər görməsi olub.

 

Gözəl Həşimova