Ermənistanda olan Aİ patrulunun Laçın dəhlizinə gedən yolu müşahidə etməsi ilə bağlı video yayılır.

Patrul Ermənistan-Azərbaycan sərhədindən təxminən 1,2 km aralıda nəzarət-buraxılış məntəqəsində dayanıb.

İqtisadiyyat.az xəbər verir ki, bunu Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar “Twitter“də bildirib. “Aİ missiyası öz mandatına uyğun olaraq yalnız Ermənistan ərazisində fəaliyyət göstərir və dəhlizə daxil olmayıb”-deyə Klaar bildirib.