Avropa İttifaqı ölkələri 4 milyard avro dəyərində 215 milyon doza COVID-19 peyvəndi atıb.

Bu barədə İqtisadiyyat.az "Politico"ya istinadən xəbər verir.

Məlumata görə, koronavirusa qarşı ilk peyvəndlərin təsdiq edildiyi 2020-ci ildən etibarən assosiasiyaya üzv ölkələr kollektiv olaraq 1,5 milyard doza vaksin alıblar.

Qəzetin hesablamalarına görə, Aİ ölkələri hər sakinə orta hesabla 0,7 dozadan imtina ediblər.

 

Gözəl Həşimova