Bu ilin avqust ayında avronun qlobal ödənişlərdə payı azalıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "SWIFT" beynəlxalq banklararası sistem məlumat yayıb.

Məlumata görə, avronun beynəlxalq ödənişlərdə payı 23,2%-ə enib. Bu göstərici iyul ayı ilə müqayisədə 1,2% bəndi azdır. Bildirilib ki, bu il avronun beynəlxalq ödənişlərdə payı azalmaqda davam edir.

Eyni zamanda, avronun əsas rəqibi olan dolların payı avqustda tarixi maksimuma yüksələrək 48,03% təşkil edib.

 

Gözəl Həşimova