AVRO-2024-ün seçmə məhələsi çərçivəsində iyunun 17-də, saat 20:00-da, “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Estoniya oyununun biletləri mayın 17-dən etibarən satışa çıxarılacaq.

İqtisadiyyat.az AFFA-nın saytına istinadən xəbər verir ki, biletlərin qiyməti kateqoriyalar üzrə dəyişir.

1-ci kateqoriya 5, ikinci 2 manat təşkil edir. VİP biletlər isə 10 manatdır.