“Atasığorta” ASC-nin İdarə Heyətinin sədri Xətai İsmayılov işdən çıxıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkət özü məlumat yayıb.

Məlumata görə, sədr vəzifəsinin icrası onun müavini Seymur Əliyevə həvalə edilib.

Xatırladaq ki, “Atasığorta” 2004-cü ildən fəaliyyət göstərir, "Ata Holdinq" MMC-yə daxildir. Onun nizamnamə kapitalı 14,6 milyon manatdır. Şirkətin səhmləri 100 % adı çəkilən holdinqə məxsusdur.