"BRİCS-in Səudiyyə Ərəbistanı kimi ölkələrin birliyə qatılması ilə genişlənməsi Rusiya və Çin üçün mənəvi qələbəyə çevriləcək".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Associated Press" (AP) məlumat yayıb.

"Hətta inkişaf etməkdə olan dünyanın ən böyük iqtisadiyyatlarının böyük bir hissəsini ətrafında cəmləyən BRİCS-in genişləndirilməsi prinsipi ilə bağlı razılaşma belə G-7-yə qarşı tarazlıq siyasətində Rusiya və Çin üçün mənəvi qələbədir", - AP bildirir.

Yohannesburq Universitetinin Biznes və İqtisadiyyat Kollecinin professoru Aleksis Habiyaremyenin fikrincə, Səudiyyə Ərəbistanı kimi aktorların BRİCS-ə qoşulması assosiasiyanın iqtisadi komponentini gücləndirəcək.

Hindistanın Ər-Riyaddakı keçmiş nümayəndəsi Talmiz Əhməd AP-yə bildirib ki, Səudiyyə Ərəbistanının BRİCS-ə qoşulması birliyə fövqəladə fayda vəd edir.