"Arsenal" İngiltərə Premyer Liqasının 34-cü turunda "Çelsi"ni qəbul edib.

İqtisadiyyat.az xəbər verir ki, matç meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

"Arsenal" - "Çelsi" - 3:1

Qollar: Odeqar, 18 (1:0), 31 (2:0), Jezus, 34 (3:0), Madueke, 65 (3:1)

Bu nəticədən sonra "Arsenal" 78 xalla (34 oyun) yenidən lider olub. "Mançester Siti" 76 xalla (32 oyun) 2-ci, "Nyukasl" 65 xalla (33 oyun) 3-cüdür. "Çelsi" isə 39 xalla 12-ci pillədə qərarlaşıb.