Müsavat başqanı Arif Hacılının həbsdə olan oğlu Orxan Hacılı azadlığa buraxılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Arif Hacılı özü sosial şəbəkədə məlumat yayıb.

O bildirib ki, oğlu bu gün azadlığa çıxıb.

Orxan Hacılının vəkili Nemət Kərimli isə deyib ki, Yasamal rayon Məhkəməsində Orxan Hacılının ev dustaqlığına buraxılması ilə bağlı vəsatətləri təmin edilib.

Qeyd edək ki, oktyabr ayında O.Hacılı paytaxtın Hüseyn Cavid prospektində yol qəzası törədib. O, idarə etdiyi “Honda” markalı avtomobili manevr edəndə bir neçə nəqliyyat vasitəsinə çırpıb. Qəza nəticəsində xəsarət alanların olduğu, avtomobillərə ziyan dəydiyi bildirilir. 

Məlumata görə, Orxan Hacılı hadisəni törədəndən sonra ərazini tərk edib. Daha sonra Yasamal rayon Məhkəməsi O.Hacılı barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.