2022-ci ilin yanvar-sentyabr ayları ərzində Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən aqrar sektorda fəaliyyət göstərənlərə 51,7 milyon manat məbləğində güzəştli kredit verilib.

İqtisadiyyat.az-a bu barədə  Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Məlumata görə, bu həcmdə güzəştli kredit 3 237 fiziki və hüquqi şəxsə verilib.