Apple'ın analitikləri məyus edən gəlir hesabatı onun 1 trilyon dollarlıq bazar dəyərini riskə atıb.

Fins.az xəbər verir ki, 'iPhone' satışlarının ortamüddətli dövrdə analitiklərin gözləntilərindən aşağı olması şirkətin səhmlərinin ucuzlaşmasına səbəb olub. 'Apple' bundan sonra 'iPhone', 'iPad' and 'Mac' kimi məhsullarının satış sayını açıqlamayacağını bildirib. Bununla da şirkətin səhmləri 7,7%-ə qədər dəyər itirib.
Cari ilin 2 avqust tarixində 1 trilyon dollarlıq bazar dəyərinə çatan 'Apple'ın bazar dəyəri ötən gün 1,073 trilyon dollar olub. Bu rəqəmlərə əsasən şirkətin səhmlərindəki 7% azalma onun bazar dəyərini 75 milyard dollar itirməsinə, yəni dəyərinin 1 trilyon dollardan aşağı düşməsinə səbəb ola bilər.