Bu ilinikinci rübüdə dünyanın ən iri şirkətləri tərəfindən ödənilən dividendlərin ümumi həcmi rekord məbləğ - 606,1 milyard dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,8% çoxdur.

İqtisadiyyat.az xəbər verir ki, bu məlumat Böyük Britaniyanın “Janus Henderson Investors” şirkətinin araşdırmasında əksini tapıb.

Məlumata görə, ödənişlərin həcminə görə liderlər HSBC, “Nestle” və “China Mobile” şirkətləri olub.

Bildirilib ki, Amerika şirkətləri aprel-iyun aylarında 161,5 milyard dollar məbləğində dividend ödəyiblər (valyuta dəyişkənliyi nəzərə alınmaqla 8,6% artım). Ən əhəmiyyətli ödənişlər “Microsoft”dan olub (təxminən 5,6 milyard dollar), “Apple” isə 3,8 milyard dollardan çox ödənişlə müvafiq olaraq yeddinci və on doqquzuncu yerlərdə qərarlaşıblar. Bununla da, yalnız iki Amerika şirkəti ilk 20 qlobal liderə daxil olmağı bacarıb.

Yaponiya istisna olmaqla Asiya-Sakit Okean regionunda şirkətlər dividend ödənişlərini ikinci rübdə (valyuta məzənnələrindəki dəyişikliklər istisna olmaqla) 1,1% artırıblar. Sinqapurda artım 15,2%, Cənubi Koreyada 12,6%, Tayvanda 27,1%, Honq Konqda 1,1% olub.

Hesabatda qeyd edilir ki, Yaponiya şirkətlərinin 90%-i dividendlərini saxlayıb və ya artırıb.

“Janus Henderson” ekspertləri 2024-cü ilin sonuna qədər dünyada ödənilən dividendlərin ümumi həcminin 4,7% artaraq rekord həddə - 1,74 trilyon dollara çatacağını proqnozlaşdırırlar. Qeyd olunur ki, valyuta məzənnəsinin dəyişməsi nəzərə alınmasa, artım 6,4% ola bilər.

 

Sadiq Cavadov