Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı-Sumqayıt yolunda açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

FHN-dən İqtisadiyyat.az-a verilən məlumata görə, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq sahədə baş vermiş yanğın genişlənməsinə, o cümlədən ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

***

14.44

Bakı-Sumqayıt yolunun kənarındakı ağaclıqda yanğın başlayıb.

İqtisadiyyat.az xəbər verir ki, hadisə yolun Abşeron rayonundan keçən hissəsində qeydə alınıb.

Əraziyə FHN-in yanğınsöndürənləri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində yanğınsöndürənlər tərəfindən iş aparılır.