"Apple" şirkəti "3D Touch" texnologiyasının istifadəsini sonlandırır.

"Finans.az" xarici KİV-ə istinadən xəbər verir ki, 2019-cu ildə təqdim ediləcək "iPhone" modellərində bu tətbiq olmayacaq.

Belə ki, "3D Touch"un öz yerini "iPhone XR" modelində istifadə edilən "Haptic Touch"a buraxacağı gözlənilir.

Qeyd edək ki, "3D Touch" texnologiyası "Apple" şirkəti tərəfindən ilk olaraq "iPhone 6S" modelləri ilə təqdim edilmişdi.