Ailə və Sosial Xidmətlər naziri Derya Yanık seldən zərər çəkən Antalyanın Kumluca və Finike rayonları üçün Sosial Yardımlaşma və Həmrəylik Vəqfinə daha 7 milyon lirə köçürüldüyünü açıqlayıb.


İqtisadiyyat.az xəbər verir ki,nazir sosial media hesabından paylaşdığı mesajda Kumluca və Finikedə daşqınlarda zərər görən ev təsərrüfatlarına dəyən ziyanın müəyyənləşdirilməsi işlərinin davam etdiyini bildirib.

Nazir Yanık, "Təcili və əsas ehtiyacları ödəmək üçün Sosial Yardım və Həmrəylik Fondumuza daha 7 milyon lirə köçürdük", - deyə bildirib.