Amerikalı aktrisa Ancelina Coli Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) xoşməramlı səfiri vəzifəsini tərk edəcəyini açıqlayıb.


İqtisadiyyat.az xəbər verir ki, BMT Qaçqınlar üzrə Ali Komissarlığının internet saytında verilən ortaq yazılı açıqlamada Colinin humanitar yardım və insan haqları məsələləri ilə daha çox məşğul olmaq istədiyi bildirilib.


Qeyd edilib ki, Colinin qaçqın və köçkünlərin problemləri ilə məşğul olmağa davam edəcəyi, gələcək işlərində daha çox aktyora çatmağı hədəfləyəcəyi bildirilib.


Bəyanatda fikirləri yer alan Coli, xoşməramlı səfir olaraq indiyədək BMT QAK-da çoxsaylı səhra missiyaları keçirmək imtiyazına sahib olduğunu bildirib: “Qaçqınlara və digər məcburi köçkünlərə dəstək olmaq üçün əlimdən gələni etməyə davam edəcəyəm”, - deyə bildirib.


Xatırladaq ki, 2001-ci ildə BMT-də humanitar yardım fəaliyyətlərinə başlayan Ancelina Coli 2012-ci ildə BMT QAK-ın xoşməramlı səfiri təyin edilib.