Rusiyada narkotik qaçaqmalçılığında mühakimə olunan amerikalı basketbolçu Britni Qriner ABŞ-da qeyri-qanuni silah alveri və terroru dəstəkləmək cəhdinə görə məhkum edilmiş rusiyalı Viktor Butla dəyişdirilib. Bu barədə CNN məlumat yayıb.

Nəşrin məlumatına görə, Qreyner hazırda ABŞ rəsmilərinin nəzarətindədir. Qeyd olunur ki, casusluqda təqsirli bilinən amerikalı  mübadilədə iştirak etməyib, o, Rusiya koloniyasında qalır. CNN yazır ki, mübadilə barədə Qreyner və Uilan ailələri məlumatlandırılıb.

Qeyd edək ki, ABŞ prezidenti Co Bayden, ABŞ dövlət katibi Entoni Blinken və Qrinerin həyat yoldaşı azad edilmiş amerikalı ilə telefonla danışıb.