Almaniyada enerji bazarını tənzimləyən Federal Şəbəkə Agentliyinin (Bundesnetzagentur) rəhbəri Klaus Müller yanvar və fevral aylarında ölkədə qaz qıtlığının ola biləcəyi ilə bağlı xəbərdarlıq edib.


İqtisadiyyat.az xəbər verir ki, Müller “Süddeutsche” qəzetinə müsahibəsində bu günlərdə əhalinin gözlənildiyi kimi qənaət etmədiyini və bu dövrdə qaz istehlakının keçən ilki qaz istehlakından cəmi 5 faiz az olduğunu, bunun da kifayət etmədiyini qeyd edib.

İki-üç həftə sonra qaz istehlakı ilə bağlı həyəcan təbili çalmağa ehtiyac olmadığını, ancaq yanvar və fevral aylarında vəziyyətin bu şəkildə davam edə bilməyəcəyini vurğulayan Müller, "Sənayedə qənaət də azalır. Çox qaz istifadə etdik. Elektrik enerjisi istehsal etməkdir”.

"İnsanlar enerji böhranının bahasını ciddi şəkildə hiss edəcəklər"

Müller qeyd edib ki, qaz və elektrik enerjisi istehlakı ilə bağlı ictimaiyyətin daha çox məlumatlandırılmasına ehtiyac var.

Almaniyada təbii qaz anbarlarında doluluq səviyyəsi noyabrın ortalarında 100 faizə yaxınlaşdığı halda, dekabr ayının soyuq keçməsi səbəbindən anbarlarda doluluq nisbəti 19 dekabr tarixinə 87,96-ya enib.

Almaniya hökuməti qış aylarında enerji probleminin yaşanmaması üçün ictimaiyyəti və dövlət orqanlarını enerjiyə 20 faiz qənaət etməyə çağırıb.