Almaniya Bundestaqı istehlakçılar və şirkətlər üçün qaz və elektrik enerjisinin qiymətlərini məhdudlaşdıran qanunu qəbul edib.

Elektrik enerjisinin kilovat-saat qiyməti kiçik və orta şirkətlər, eləcə də ev təsərrüfatları üçün 40 sent səviyyəsində məhdudlaşdırılacaq.


İqtisadiyyat.az xəbər verir ki, Almaniya Bundestaqı qaz və elektrik enerjisinin tavan qiymətini təsdiqləyib.

Qəbul edilmiş qanun ev təsərrüfatlarını və şirkətləri sürətlə artan qiymətlərdən qorumaq məqsədi daşıyır.

Qanunun lehinə 372 deputat, əleyhinə isə 257 deputat səs verib.