Almaniyada 200 mindən çox insan ifrat sağçı ekstremizmə və Almaniya üçün Alternativ partiyasına (AfD) qarşı etiraz aksiyası keçiriblər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Euractiv” məlumat yayıb.

Məlumatda minlərlə insanın Berlin, Mayns, Drezden və Hannover kimi böyük şəhərlərdə küçələrə çıxaraq etirazlara qoşulduğu bildirilib.

Qeyd edək ki, yanvarın 17-də də Almaniyanın bəzi şəhərlərində sağçı ekstremizmə və AfD partiyasına qarşı minlərlə insanın iştirak etdiyi mitinq keçirilib.