Almaniya 5 ildən sonra ABŞ, Fransa və İspaniyadan daha yavaş inkişaf edəcək.

İqtisadiyyat.az xarici mediaya istinadən bildirir ki, bu, Böyük Britaniyanın “The Economist” jurnalında dərc olunan məqalədə yer alıb.

Məqalədə qeyd olunub ki, Almaniya 2023-cü ildə iqtisadiyyatı kiçilən yeganə Avropa İttifaqı ölkəsi ola bilər. Maraqlıdır ki, ölkədə aparılan son sorğularda hər 5 nəfərdən 4-ü Almaniyanın yaşamaq üçün yaxşı yer olmadığını qeyd edib. İşsizlik səviyyəsi 3 faiz olan Almaniyada hər 5 işəgötürəndən 2-si ixtisaslı kadr tapa bilməməsindən şikayətlənir. 

İlkin hesablamalara görə, ilin ikinci rübündə Almaniya iqtisadiyyatında artım sıfıra bərabərdir. Ehtimal olunur ki, ölkənin iqtisadi məhsuldarlığı üçüncü rübdə də dəyişməz qalacaq. Alman mallarına xarici tələbat isə azalma tendensiyasındadır. Ona görə də iyul-sentyabr dövründə sənaye istehsalı zəif qalacaq.

Gülşən Şərif