Almaniya Ukraynaya 1,1 milyard avro dəyərində yeni hərbi yardım paketi ayıracaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts bildirib.

Kanslerin sözlərinə görə, paketə müxtəlif növ silah-sursatla yanaşı, 33 "Haubitsa", 120 min ədəd döyüş sursatı, 2 ədəd “Skynex” hava hücumundan müdafiə sistemi və "IRIS-T" üçün raketlər daxildir.