"Almaniya indiki qaza görə Rusiya yanacağı üçün ödədiyindən qat-qat artıq pul ödəyir".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Bundestaq deputatı Şteffen Kotre bildirib.

"Rusiya qazı sərfəli və ekoloji cəhətdən təmizdir, bunu cari tədarüklər haqqında demək olmaz. Almaniya bu tədarüklərə görə 3-4 dəfə çox pul ödəyir, lakin ABŞ-dən tədarük edilən qaz bizim ekoloji tələblərə cavab vermir”, - deyə o, bildirib.

Qeyd edək ki, Almaniya hazırda tədricən bərpa olunan enerji mənbələrinə keçir, kömür elektrik stansiyalarından imtina edir və atom elektrik stansiyalarını bağlayır.

 

Gözəl Həşimova