“Berlin Rusiya prezidenti Vladimir Putinin Minskə səfərindən narahatdır.”

Bunu Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebeştreit etiraf edib.

Brifinq zamanı siyasətçi bildirib ki, Berlinin narahatlığı Ukraynada Rusiyanın xüsusi hərbi əməliyyatında (SVO) Minskin rolundan faydalanmaq niyyətində olmasıdır.

Qeyd edək ki, bu gün Vladimir Putin son üç ildə ilk dəfə Minskə gəlib və burada Belarus lideri Aleksandr Lukaşenko ilə danışıqlar aparacaq.