Almaniya Xarici İşlər Nazirliyi Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi fonunda öz vətəndaşlarına Livanı və İordan çayının qərb sahilini dərhal tərk etməyi tövsiyə edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə nazirlik bəyanat yayıb.

"Livanı tərk etmək tövsiyəsi edirik. Bu o deməkdir ki, Almaniya vətəndaşlarına indi Livanı tərk etmək tövsiyə olunur", - Almaniya Xarici İşlər Nazirliyi bildirib. Eyni zamanda Almaniya Xarici İşlər Nazirliyi həmvətənlərinə İordan çayının qərb sahilini tərk etməyi tövsiyə edib. 

Bundan əvvəl Almaniya Xarici İşlər Nazirliyi vətəndaşları İsrail, Fələstin və Livana səfərlərdən çəkinməyə çağırıb.