2023-cü ildə Almaniya hökuməti azı 8,35 milyard avro məbləğində silah ixracına icazə verib ki, bunun da 2,24 milyardı Ukraynanın hərbi əməliyyatlar zamanı ehtiyaclarına ayrılıb.

 İqtisadiyyat.az xəbər verir ki, "Merkur" qəzeti yazıb.

Yardımın məbləği İqtisadiyyat Nazirliyi tərəfindən alman deputatlardan birinin sorğusuna cavab olaraq hesablanıb.

Qeyd edək ki, bu artıq Almaniya tarixində ikinci ən böyük yardım məbləğidir.