Rusiya Daxili İşlər Nazirliyi Aleksey Navalnının qardaşı Oleq Navalnını yenidən axtarışa verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Məlumata görə, Oleq Navalnı axtarışda olanlar siyahısına salınıb.

Qeyd edilib ki, Navalnının axtarışa verilməsi ona qarşı yeni cinayət işinin başlanması ilə bağlıdır. Təfərrüatlar isə açıqlanmayıb.