Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsində rəsmi səfərdə olan Albaniya baş naziri Edi Ramanı rəsmi mərasimlə qarşılayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb. 

Məlumata görə, Ərdoğan və Rama mərasim sahəsində yerlərini aldıqdan sonra İstiqlal Marşı və Albaniyanın dövlət himni səsləndirilib.

Mərasimdə tarixdə qurulan 16 türk dövlətini təmsil edən bayraqlar və əsgərlər də yer alıb.

Türkiyə nümayəndə heyətinə xarici işlər naziri Hakan Fidan, mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, milli təhsil naziri Yusuf Tekin, milli müdafiə naziri Yaşar Güler, kənd təsərrüfatı və meşə təsərrüfatı naziri İbrahim Yumaklı, səhiyyə naziri Fahrettin Koca, Sənaye və Texnologiya naziri Mehmet Fatih Kaçır, Prezident Administrasiyasının Kommunikasiyalar Şöbəsinin müdiri Fahrettin Altun, MİT sədri İbrahim Kalın, Ankara valisi Vasip Şahin, Prezident Administrasiyasının İnzibati İşlər Şöbəsinin müdiri Metin Kıratlı və Prezidentin Baş müşaviri Akif Çağatay Kılıç da iştirak ediblər.

Rəsmi qarşılanma mərasimindən sonra prezident Ərdoğan və baş nazir Rama arasında ikitərəfli görüş olub.

Türkiyə-Albaniya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının Birinci Toplantısından sonra Ərdoğan və Rama sazişlərin imzalanma mərasimində iştirak edəcək və birgə mətbuat konfransı keçirəcəklər.