Albaniya Prezidenti Bayram Beqay iyulun 6-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

İqtisadiyyat.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident Bayram Beqayı və xanımı Armanda Beqayı hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.

***

Albaniya Prezidenti Bayram Beqay Azərbaycana rəsmi səfərə yola düşüb.

İqtisadiyyat.az Albaniya mətbuatına istinadən xəbər verir ki, Bayram Beqay Prezident İlham Əliyevin dəvəti ilə Azərbaycana gəlir.

Məlumata görə, görüşdə ikitərəfli əməkdaşlıq əlaqələri, həmçinin Albaniyada müasir qazpaylayıcı şəbəkənin inşası kimi qarşılıqlı maraq doğuran məsələlər müzakirə ediləcək. Eyni zamanda, Albaniyadan digər region ölkələrinə qaz nəqli layihələrinin reallaşdırılması aparılacaq müzakirələrdə vacib yer tutacaq.

Görüşün sonunda dövlət başçılarının mətbuat üçün birgə bəyanatla çıxış edəcəkləri bildirilib.