Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) ötən il 310 mln. manat həcmində subsidiya ödənişi həyata keçirib.

Bu barədə AKİA-nın sədr müavini Leyla Məmmədova “Aqro-Turizm İnvestisiya Forumu”nda deyib.

Onun sözlərinə görə, ötən il müxtəlif istiqamətlərdə istehsalının genişləndirilməsi üçün kənd təsərrüfatı obyektlərinin sahiblərinə 70 mln. manatlıq aşağı faizli kreditlər, güzəştlər və mikro kreditlər verilib.