Hindistanın hava yolu şirkəti Air India, paytaxt Yeni Dehlidən ABŞ-a havalanan, lakin mühərrikində nasazlıq səbəbindən Rusiyaya məcburi eniş edən təyyarədəki sərnişinlərin səyahətini tamamlamaq üçün yeni təyyarə göndərib.

İqtisadiyyat.az xəbər verir ki, Air India tərəfindən edilən açıqlamaya görə, sözügedən təyyarədə 216 sərnişin və 16 ekipaj üzvü üçün yeni bir təyyarə yola salınıb.

Göndərilən təyyarənin səhər saatlarında Rusiyanın Maqadan hava limanına enməsi gözlənilir.

Təyyarə sərnişinləri və ekipajı San-Fransiskoya daşıyacaq.

Yeni Dehli-San-Fransisko reysini həyata keçirən Air India aviaşirkətinə məxsus təyyarə mühərrikində nasazlıq yarandığı üçün Rusiyanın Maqadan hava limanına məcburi eniş edib.