Avropa İttifaqına üzv 27 ölkənin enerji nazirləri Avropada enerji böhranına qarşı alınacaq tədbirlər və idxal olunan təbii qaza tətbiq olunacaq tavan qiymətini müzakirə etmək üçün Brüsseldə bir araya gəlib.

İqtisadiyyat.az xəbər verir ki, İclasdan sonra verilən açıqlamada üzv ölkələrin həddindən artıq yüksək qaz qiymətlərinin məhdudlaşdırılması üçün müvəqqəti mexanizm üzərində razılaşdıqları bildirilib.

Açıqlamada, "Aİ ölkələrinin enerji nazirləri vətəndaşları və iqtisadiyyatı həddindən artıq yüksək qaz qiymətlərindən qorumaq üçün bazar korreksiyası mexanizmini təyin edən tənzimləmədə siyasi razılığa gəliblər", - deyə məlumatda vurğulanıb.

Açıqlamada, Avropanın ən dərinliyinə sahib Hollandiya mərkəzli virtual təbii qaz ticarət nöqtəsi TTF-də satılan gələcək qaz müqaviləsinin tavan qiyməti 3 iş günü ərzində 180 avronu keçib deyə, bildirilib.