Avropa İttifaqı (Aİ) hesab edir ki, Rusiya Aleksey Navalnının ölüm şəraitinin "beynəlxalq və şəffaf" araşdırılmasına icazə verməlidir. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Aİ diplomatik xidmətinin rəhbəri Xosep Borellin Navalnının həyat yoldaşının xüsusi dəvət olunduğu Aİ xarici işlər nazirlərinin görüşündən sonra verdiyi bəyanatda deyilir.

"Rusiya onun qəfil ölümünün səbəbləri ilə bağlı müstəqil və şəffaf beynəlxalq təhqiqatın aparılmasına icazə verməlidir. Aİ tərəfdaşları ilə sıx əməkdaşlıq edərək, Rusiyanın siyasi rəhbərliyini və hakimiyyətini məsuliyyətə cəlb etmək və Rusiyanı əlavə bədəl ödəməyə məcbur etmək üçün səylərini əsirgəməyəcək", - bəyanatda deyilir.