Avropa İttifaqına üzv dövlətlərin liderləri Bosniya və Herseqovina Aİ üzvlüyünə namizəd ölkə statusunun verilməsi haqqında qərarı təsdiqləyiblər.


Brüsseldə keçirilən zirvə toplantısında bir araya gələn Avropa İttifaqı (Aİ) liderləri ötən gün Aİ ölkələrinin Avropa işlərindən məsul nazirlərinin Bosniya və Herseqovina birliyə üzv olmaq üçün namizədlik statusu verilməsi ilə bağlı qəbul etdikləri tövsiyəni dəyərləndiriblər.

İqtisadiyyat.az xəbər verir ki, Avropa Şurasının rəsmisi jurnalistlərə bildirib ki, liderlər Bosniya və Herseqovina üçün namizədlik statusunu təsdiqləyiblər.

AB-nin genişlənmədən məsul komissarı Oliver Varhelyi qərarın açıqlanmasından sonra verdiyi açıqlamada, "Bu, tarixi bir qərardır. Bosniya və Herseqovinanın gələcəyi AB-dədir" dedi.

Qeyd edək ki, oktyabrın 12-də “namizəd ölkə” statusunun verilməsi təklifi irəli sürülüb.

Avropa Şurası iyunun 23-də Bosniya və Herseqovinaya namizəd statusu verməyə hazır olduğunu bəyan edib və Komissiyanı bu məqsədlə müəyyən edilmiş 14 əsas prioritetin həyata keçirilməsinə dair hesabat təqdim etməyə dəvət edib.

Oliver Varhelyi oktyabrın 12-də “potensial namizəd” ölkəsi olan Bosniya və Herseqovinaya “namizəd ölkə” statusunun verilməsi təklifinin verildiyini də açıqlayıb.

Namizədlik statusu ölkənin uzunmüddətli Aİ-yə üzvlük prosesində ilk addımdır. Ölkəyə namizəd statusu verildikdən sonra, şərtlərin yerinə yetirilməsi şərti ilə sonrakı mərhələdə üzvlük danışıqları başlayır ki, üzvlük danışıqlarının başlaması illər çəkə bilər.